Modern.az

Bu ərazilərdə su olmayacaq 

Bu ərazilərdə su olmayacaq 

Ölkə

9 Oktyabr 2026, 18:31

Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-si saat 21:00-dan etibarən bir sıra ərazilərdə suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, fasilə şəhərin Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, Hərbi şəhərcik 2 ərazisini, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərini əhatə edəcək.

Suyun oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!