Modern.az

Azərbaycan öz siyasətini milli maraqları ilə müəyyənləşdirir - Arzuxan Əlizadə

Azərbaycan öz siyasətini milli maraqları ilə müəyyənləşdirir - Arzuxan Əlizadə

Ölkə

Bu gün, 17:45

Azərbaycanda vahid məktəbli  forması bağlı rəsmi qərar Türkiyədəki bəzi qüvvələrin "narahatlığına" səbəb oldu. Həmin qüvvələrin son günlər apardığı kampaniyalar isə ölkələr arasında süni gərginliyin yaranmasına gətirib çıxarıb.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından və sosial şəbəkələrdəki mübahisələrdən asılı olacaq qədər zəif deyil:

“Türkiyə ilə Azərbaycan arasında münasibətlər əsrlərin sınağından çıxmış tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdə yayılan mübahisələrdən və müəyyən siyasi dairələrin mövqeyindən asılı olacaq qədər zəif deyil. Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və bu qardaşlığın təməlində xalqlarımızın sarsılmaz birliyi dayanır. “Bir millət, iki dövlət” prinsipi də məhz iki müstəqil və suveren dövlətin ortaq maraqlarını, qarşılıqlı hörmətini və strateji müttəfiqliyini ifadə edir.

Təəssüf ki, son günlər sosial şəbəkələrdə və bəzi informasiya platformalarında Azərbaycanla Türkiyə arasında münasibətlərə kölgə salmağa, cəmiyyətlərimiz arasında süni qarşıdurma yaratmağa yönələn fikirlərlə qarşılaşırıq. Ayrı-ayrı şəxslərin və siyasi dairələrin açıqlamalarını bütövlükdə Türkiyə xalqının Azərbaycana münasibəti kimi qiymətləndirmək düzgün deyil. Eyni zamanda, qardaşlıq münasibətlərindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, dövlətimizin suveren qərarlarını mübahisə predmetinə çevirməyə də yol vermək olmaz. Azərbaycan müstəqil dövlətdir və öz siyasətini milli maraqları, Konstitusiyası və qanunları əsasında müəyyənləşdirir”.

Arzuxan Əlizadə qeyd edib ki, belə hallarda Azərbaycanın mövqeyi təmkinli, prinsipial və dövlət maraqlarına əsaslanan olmalıdır. Onun sözlərinə görə, əsassız ittihamlara faktlarla cavab verilməli, cəmiyyət manipulyativ məlumatlara və emosional çağırışlara uymamalıdır:

“Əminəm ki, Azərbaycanla Türkiyə arasında qardaşlığa kölgə salmaq istəyən qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Çünki bu münasibətlər hansısa siyasi qrupun və ya ayrı-ayrı şəxslərin iradəsi ilə yaranmayıb: xalqlarımızın tarixi birliyi, ortaq mübarizəsi və qarşılıqlı dəstəyi nəticəsində formalaşıb. İstənilən fikir ayrılığı dialoq və qarşılıqlı hörmət yolu ilə həll edilməlidir. Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin və təhlükəsizliyin mühüm dayaqlarından biridir və bu birliyin qorunması hər iki tərəfin məsuliyyətidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı