Modern.az

Qazaxıstanda növbədənkənar parlament seçkiləri KEÇİRİLİR

Qazaxıstanda növbədənkənar parlament seçkiləri KEÇİRİLİR

Parlament

Bu gün, 12:48

Bu gün Qazaxıstanda birpalatalı parlamentə növbədənkənar seçkilər keçirilir.

Modern.az xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 07:00-da başlayıb və saat 20:00-dək davam edəcək.

Ölkə üzrə ümumilikdə 10 423 seçki məntəqəsi fəaliyyətə başlayır. Onlardan 79-u 61 xarici dövlətdəki Qazaxıstan nümayəndəliklərinin nəzdində yaradılıb. Qurultaya seçkilərdə deputat mandatları uğrunda 7 siyasi partiya mübarizə aparır: “Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublika”.

Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyəcək. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!