Modern.az

Ən çox parlamentlərarası işçi qrupuna üzv olan deputatlar – TAM SİYAHI

Ən çox parlamentlərarası işçi qrupuna üzv olan deputatlar – TAM SİYAHI

Parlament

Bu gün, 15:27

Parlamentlərarası əlaqələr Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Milli Məclisin digər ölkələrin qanunverici orqanları ilə əməkdaşlığı Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, qarşılıqlı etimadın gücləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır. Bu prosesdə parlamentlərarası əlaqələr üzrə işçi qrupları xüsusi yer tutur.

Modern.az rəsmi mənbələrə əsasən deputat və işçi qrupu siyahıları əsasında araşdırma aparıb. Araşdırmaya əsasən 124 deputatı və 108 parlamentlərarası işçi qrupunu əhatə edir.

Siyahıya Müşfiq Cəfərov başçılıq edir

Araşdırmaya görə, ən çox parlamentlərarası işçi qrupunda təmsil olunan deputat Müşfiq Cəfərovdur. O 15 işçi qrupunda təmsil olunur. M. Cəfərov Avropa üzrə Almaniya, Rumıniya, Serbiya, Ukrayna və İspaniya;  Asiya üzrə  Bəhreyn, Maldiv, Qırğızıstan, Tailand və Türkmənistan; Afrika üzrə Nigeriya, Qambiya və Əlcəzair; Cənubi Amerika üzrə Kolumbiya və Uruqvay ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Deputat Kolumbiya ilə işçi qrupunun rəhbəridir.

Naqif Həmzəyev və Zaur Şükürovun hər biri 14 qrupda təmsil olunur.

Naqif Həmzəyev Avropa üzrə  Polşa və İtaliya; Asiya üzrə Koreya, Laos, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Çin və Özbəkistan; Afrika üzrə CAR və Efiopiya; Cənubi Amerika üzrə Venesuela və Çili ilə əlaqələr üzrə qruplarda yer alır. CAR ilə işçi qrupuna rəhbərlik edir.

Zaur Şükürov Avropa üzrə  Belçika, Böyük Britaniya, Lüksemburq, Yunanıstan, İspaniya və İsveçrə; Asiya üzrə  BƏƏ, Hindistan, Laos və Maldiv; Afrika üzrə Keniya, Mərakeş və Zimbabve; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Hindistan ilə işçi qrupunun rəhbəridir.

Üç deputat 13 işçi qrupunda təmsil olunur

Nigar Arpadarai Avropa üzrə Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Estoniya, Norveç, Rumıniya, Rusiya və İspaniya; Asiya üzrə  İsrail; Şimali Amerika üzrə  ABŞ; Cənubi Amerika üzrə  Braziliya və Ekvador ilə əlaqələr üzrə qruplarda yer alır. Danimarka ilə işçi qrupuna rəhbərlik edir.

Əminə Ağazadə Avropa üzrə  Avstriya, Belarus, Belçika, Rusiya, Xorvatiya və İspaniya; Asiya üzrə BƏƏ, Pakistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Yaponiya və Özbəkistan; Afrika üzrəNigeriya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Yaponiya ilə işçi qrupunun rəhbəridir.

Kamal Cəfərov Avropa üzrə Almaniya, Belçika, Lüksemburq, Portuqaliya, Rumıniya və Rusiya; Asiya üzrə Hindistan, Malayziya, Vyetnam və İndoneziya; Afrika üzrə CAR və Keniya; Cənubi Amerika üzrə  Braziliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Belçika ilə işçi qrupuna rəhbərlik edir.

12 qrupda təmsil olunan 10 deputat

Sabir Hacıyev Avropa üzrə Belarus, Moldova, Polşa və Rusiya; Asiya üzrə Bəhreyn, Tailand, Yaponiya, Çin və Özbəkistan; Afrika üzrə  Qambiya; Cənubi Amerika üzrə Braziliya; Okeaniya üzrə Avstraliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Bəhreyn ilə işçi qrupunun rəhbəridir.

Rəşad Mahmudov Avropa üzrə  Almaniya, Belarus, Portuqaliya, Rusiya və İtaliya; Asiya üzrə Türkiyə, Çin və İraq; Afrika üzrə CAR; Şimali Amerika üzrə Kuba; Cənubi Amerika üzrə Braziliya və Venesuela ilə əlaqələr üzrə qruplarda yer alır. Kuba ilə işçi qrupuna rəhbərlik edir.

Səttar Möhbalıyev Avropa üzrə Albaniya, Almaniya və Moldova; Asiya üzrə Küveyt, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan; Afrika üzrə Mərakeş və Tunis; Okeaniya üzrə Avstraliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Küveyt ilə işçi qrupunun rəhbəridir.

Hikmət Məmmədov Avropa üzrə  Serbiya və Ukrayna; Asiya üzrə  Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Çin, Özbəkistan, İran, İsrail və Şimali Kipr Türk Cümhuriyyəti; Cənubi Amerika üzrə Paraqvay ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Paraqvay ilə işçi qrupuna rəhbərlik edir.

Rizvan Nəbiyev Avropa üzrə  Almaniya, Avstriya, Norveç, Polşa, İspaniya və İsveçrə; Asiya üzrə Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı və Yaponiya; Afrika üzrə  Keniya və Qambiya ilə əlaqələr üzrə qruplarda yer alır. İsveçrə ilə işçi qrupunun rəhbəridir.

Gülşən Paşayeva Avropa üzrə  Almaniya, Avstriya, Macarıstan, İrlandiya və İtaliya; Asiya üzrə Gürcüstan, Laos, Qazaxıstan və Vyetnam; Şimali Amerika üzrə  ABŞ; Cənubi Amerika üzrə Peru; Okeaniya üzrə  Avstraliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Laos ilə işçi qrupuna rəhbərlik edir.

Kamaləddin Qafarov Avropa üzrə  Latviya və Lüksemburq; Asiya üzrə  Gürcüstan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Vyetnam; Afrika üzrə Burundi; Cənubi Amerika üzrə Braziliya; Okeaniya üzrə  Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda yer alır. Pakistan ilə işçi qrupunun rəhbəridir.

Ağalar Vəliyev Avropa üzrə Almaniya, Belarus, Moldova, Sloveniya və Çexiya; Asiya üzrə  BƏƏ, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin və Özbəkistan; Afrika üzrə  Mərakeş ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Sloveniya ilə işçi qrupuna rəhbərlik edir.

Eldar İbrahimov Avropa üzrə Belarus, Moldova, Serbiya, Sloveniya, Çexiya və İtaliya; Asiya üzrə  BƏƏ, Pakistan, Türkiyə, Türkmənistan, Çin və Özbəkistan ilə əlaqələr üzrə qruplarda yer alır. Özbəkistan ilə işçi qrupunun rəhbəridir.

Fariz İsmayılzadə Avropa üzrə Böyük Britaniya, Danimarka, Estoniya, Macarıstan, Niderland, Serbiya, Slovakiya, Çexiya və İspaniya; Asiya üzrə  Oman; Şimali Amerika üzrə Kanada; Okeaniya üzrə  Avstraliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Böyük Britaniya ilə işçi qrupuna rəhbərlik edir.

25 deputatın göstəricisi 11-dir

Günay Ağamalı Avropa üzrə Danimarka, Çexiya, İsveç və İtaliya; Asiya üzrə  Bəhreyn və Qırğızıstan; Afrika üzrə Misir və Sudan; Şimali Amerika üzrə Honduras, Kanada və Meksika ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Sudan ilə işçi qrupunun rəhbəridir.

Kamran Bayramov Avropa üzrə Bolqarıstan, Latviya, Litva, Lüksemburq, Moldova, Ukrayna və Xorvatiya; Asiya üzrə Maldiv; Afrika üzrə Burundi; Şimali Amerika üzrə  Kanada və Meksika ilə əlaqələr üzrə qruplarda yer alır. Latviya ilə işçi qrupuna rəhbərlik edir.

Tamam Cəfərova Avropa üzrə Estoniya, Latviya, Macarıstan və Rusiya; Asiya üzrə  Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistan; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Venesuela ilə işçi qrupunun rəhbəridir.

Xanlar Fətiyev Avropa üzrə Almaniya, Belarus, Rusiya və Serbiya; Asiya üzrə  Səudiyyə Ərəbistanı, Tacikistan, Yaponiya, Çin və Özbəkistan; Okeaniya üzrə  Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda yer alır. Avstraliya ilə işçi qrupuna rəhbərlik edir.

Sevinc Fətəliyeva Avropa üzrə Böyük Britaniya, Finlandiya, Polşa, Rusiya, İrlandiya və İsveç; Asiya üzrə  Qətər və Yaponiya; Şimali Amerika üzrə ABŞ və Meksika; Cənubi Amerika üzrə  Çili ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Polşa ilə işçi qrupunun rəhbəridir.

Pərvin Kərimzadə Avropa üzrə Rusiya, Serbiya, Çexiya və İtaliya; Asiya üzrə  Gürcüstan, Laos, Oman, Qazaxıstan və Türkiyə; Şimali Amerika üzrə Panama; Cənubi Amerika üzrə  Venesuela ilə əlaqələr üzrə qruplarda yer alır. Panama ilə işçi qrupuna rəhbərlik edir.

Fazil Mustafa Avropa üzrə Finlandiya, Latviya, Macarıstan, Malta və Şimali Makedoniya; Asiya üzrə  Malayziya, Maldiv, Türkiyə və Özbəkistan; Afrika üzrə  Mərakeş; Cənubi Amerika üzrə  Braziliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Şimali Makedoniya ilə işçi qrupunun rəhbəridir.

Sevil Mikayılova Avropa üzrə Avstriya, Böyük Britaniya, Latviya, Niderland, Polşa, Yunanıstan və İspaniya; Asiya üzrə  BƏƏ, Livan, Tailand və Türkiyə ilə əlaqələr üzrə qruplarda yer alır. İspaniya ilə işçi qrupuna rəhbərlik edir.

Aydın Mirzəzadə Avropa üzrə Rumıniya və Ukrayna; Asiya üzrə Gürcüstan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, İran və İsrail; Afrika üzrə Cibuti və Kamerun; Cənubi Amerika üzrə Ekvador ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Tacikistan ilə işçi qrupunun rəhbəridir.

Soltan Məmmədov Avropa üzrə  Almaniya, Böyük Britaniya, Portuqaliya, Serbiya və İtaliya; Asiya üzrə BƏƏ, Gürcüstan, Kamboca, Oman, Yaponiya və Çin ilə əlaqələr üzrə qruplarda yer alır. Çin ilə işçi qrupuna rəhbərlik edir.

Nigar Məmmədova Avropa üzrə  Lüksemburq, Portuqaliya, Yunanıstan və İtaliya; Asiya üzrə  BƏƏ, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Çin və Özbəkistan; Afrika üzrə  Keniya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Lüksemburq ilə işçi qrupunun rəhbəridir.

Ramid Namazov Avropa üzrə  Latviya, Çexiya, İspaniya, İsveç və İtaliya; Asiya üzrə  BƏƏ, Sinqapur və Çin; Afrika üzrə Keniya və Mərakeş; Cənubi Amerika üzrə  Argentina ilə əlaqələr üzrə qruplarda yer alır. Keniya ilə işçi qrupuna rəhbərlik edir.

Arzu Nağıyev Avropa üzrə Belarus və Serbiya; Asiya üzrə Gürcüstan, Pakistan, Türkiyə, İsrail və Şimali Kipr Türk Cümhuriyyəti; Afrika üzrə Keniya; Cənubi Amerika üzrə  Braziliya, Uruqvay və Venesuela ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Gürcüstan ilə işçi qrupunun rəhbəridir.

Siyavuş Novruzov Avropa üzrə  Avstriya, Bolqarıstan, Moldova, Monteneqro, Serbiya, Xorvatiya və İtaliya; Asiya üzrə Qazaxıstan, Çin və Özbəkistan; Şimali Amerika üzrə  ABŞ ilə əlaqələr üzrə qruplarda yer alır. Moldova ilə işçi qrupuna rəhbərlik edir.

Könül Nurullayeva Avropa üzrə  Niderland, Xorvatiya və İsveçrə; Asiya üzrə BƏƏ, Kamboca, Sinqapur, Səudiyyə Ərəbistanı və Türkiyə; Afrika üzrə Keniya və Misir; Şimali Amerika üzrə ABŞ ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Xorvatiya ilə işçi qrupunun rəhbəridir.

Tənzilə Rüstəmxanlı Avropa üzrə Rumıniya və İspaniya; Asiya üzrə Malayziya, Oman, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan, Özbəkistan və İraq ilə əlaqələr üzrə qruplarda yer alır. Türkmənistan ilə işçi qrupuna rəhbərlik edir.

Səbinə Salmanova Avropa üzrə  Böyük Britaniya, Litva, Rumıniya, Rusiya və İtaliya; Asiya üzrə Banqladeş, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Çin və İsrail ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Oman ilə işçi qrupunun rəhbəridir.

Şahin Seyidzadə Avropa üzrə  Belçika, Estoniya və Rusiya; Asiya üzrə  Hindistan, Kamboca, Koreya, Nepal və İsrail; Afrika üzrə  Nigeriya; Şimali Amerika üzrə Kanada; Okeaniya üzrə  Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda yer alır. Kamboca ilə işçi qrupuna rəhbərlik edir.

Nizami Səfərov Avropa üzrə  Estoniya, Latviya, Litva, Macarıstan, Rusiya və Xorvatiya; Asiya üzrə Laos, Qazaxıstan, Türkiyə və Yaponiya; Şimali Amerika üzrə Kanada ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Qazaxıstan ilə işçi qrupunun rəhbəridir.

Pərvanə Vəliyeva Asiya üzrə BƏƏ, Filippin, Malayziya, Maldiv, Qətər, Sinqapur və Yaponiya; Afrika üzrə Mərakeş; Cənubi Amerika üzrə  Argentina; Okeaniya üzrə Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda yer alır. Filippin ilə işçi qrupuna rəhbərlik edir.

Səbinə Xasayeva Avropa üzrə  Albaniya, Avstriya, Norveç, Xorvatiya və Çexiya; Asiya üzrə Kamboca, Koreya, Maldiv və Sinqapur; Afrika üzrə  Kamerun; Cənubi Amerika üzrə  Uruqvay ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Norveç ilə işçi qrupunun rəhbəridir.

Fatma Yıldırım Avropa üzrə  Estoniya, Niderland və Rusiya; Asiya üzrə  BƏƏ, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Tailand, Türkiyə, Çin və Şimali Kipr Türk Cümhuriyyəti; Afrika üzrə  Tunis ilə əlaqələr üzrə qruplarda yer alır. Səudiyyə Ərəbistanı ilə işçi qrupuna rəhbərlik edir.

Günay Əfəndiyeva Avropa üzrə  Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və İtaliya; Asiya üzrə Türkiyə, Vyetnam, Yaponiya, Çin və Özbəkistan; Cənubi Amerika üzrə Braziliya ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi işçi qrupu yoxdur.

Azər Əmiraslanov Avropa üzrə  Böyük Britaniya və Ukrayna; Asiya üzrə Gürcüstan, Koreya, Küveyt, Pakistan, Qazaxıstan, Türkiyə və Çin; Afrika üzrə  Tunis; Şimali Amerika üzrə ABŞ ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Tunis ilə işçi qrupunun rəhbəridir.

Heydər Əsədov Avropa üzrə  Almaniya, Moldova, Sloveniya və Çexiya; Asiya üzrə BƏƏ, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Çin və Özbəkistan; Afrika üzrə Mərakeş ilə əlaqələr üzrə qruplarda yer alır. Çexiya ilə işçi qrupuna rəhbərlik edir.

34 deputat 10 qrupda təmsil olunur

Azər Allahverənov Avropa üzrə Belarus, Latviya, Moldova və Rusiya; Asiya üzrə Gürcüstan, Maldiv, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti; Afrika üzrə  Əlcəzair ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Maldiv ilə işçi qrupunun rəhbəridir.

Səyyad Aran Avropa üzrə  Avstriya, Çexiya və İspaniya; Asiya üzrə BƏƏ, Gürcüstan, Küveyt, Türkiyə, İran və İsrail; Cənubi Amerika üzrə Peru ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Vüqar Bayramov Avropa üzrə  Bolqarıstan, Polşa və Çexiya; Asiya üzrə Malayziya, Tailand, Vyetnam, Yaponiya və İndoneziya; Şimali Amerika üzrə  ABŞ; Cənubi Amerika üzrə Braziliya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Malayziya ilə işçi qrupunun rəhbəridir.

Cavanşir Feyziyev Avropa üzrə Macarıstan, Ukrayna və İtaliya; Asiya üzrə Qazaxıstan, Qırğızıstan, Qətər, Türkiyə, Özbəkistan, İsrail və Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələr üzrə qruplarda yer alır. Şimali Kipr Türk Cümhuriyyəti ilə işçi qrupuna rəhbərlik edir.

Aydın Hüseynov Avropa üzrə Albaniya, Latviya və Monteneqro; Asiya üzrə  Banqladeş, Pakistan, Qazaxıstan və Özbəkistan; Afrika üzrə  Sudan; Cənubi Amerika üzrə  Venesuela və Çili ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Banqladeş ilə işçi qrupunun rəhbəridir.

Hicran Hüseynova Avropa üzrə Avstriya, Rusiya və İsveçrə; Asiya üzrə BƏƏ, Koreya, Küveyt, Laos, Türkiyə, Vyetnam və Çin ilə əlaqələr üzrə qruplarda yer alır. Vyetnam ilə işçi qrupuna rəhbərlik edir.

Sevinc Hüseynova Avropa üzrə Belarus və Rusiya; Asiya üzrə Tailand, Türkiyə və Yaponiya; Afrika üzrə 3 — Mavritaniya, Misir və Sudan; Şimali Amerika üzrə  Honduras və Kanada ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Honduras ilə işçi qrupunun rəhbəridir.

Nurlan Həsənov Avropa üzrə  Almaniya, Bosniya və Herseqovina, Danimarka, Litva, Monteneqro, Niderland və Serbiya; Asiya üzrə  İsrail; Afrika üzrə  Keniya; Şimali Amerika üzrə ABŞ ilə əlaqələr üzrə qruplarda yer alır. Almaniya ilə işçi qrupuna rəhbərlik edir.

Afət Həsənova Avropa üzrə  Belarus, Böyük Britaniya, Estoniya, Rusiya, Serbiya və İtaliya; Asiya üzrə  Koreya, Oman və Qətər; Afrika üzrə  Misir ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Estoniya ilə işçi qrupunun rəhbəridir.

Qüdrət Həsənquliyev Avropa üzrə Belarus, Böyük Britaniya, Malta, Rusiya, Xorvatiya və İtaliya; Asiya üzrə  Qazaxıstan, Çin və Özbəkistan; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qruplarda yer alır. Malta ilə işçi qrupuna rəhbərlik edir.

Asim Mollazadə Avropa üzrə Almaniya, Böyük Britaniya, Latviya, Polşa və Ukrayna; Asiya üzrə  İsrail; Şimali Amerika üzrə ABŞ; Cənubi Amerika üzrə Braziliya; Okeaniya üzrə  Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Yeni Zelandiya ilə işçi qrupunun rəhbəridir.

Elşad Musayev Avropa üzrə Almaniya, Böyük Britaniya, Norveç və Rusiya; Asiya üzrə  Livan, Çin və İraq; Afrika üzrə Tunis; Şimali Amerika üzrə  ABŞ; Cənubi Amerika üzrə Kolumbiya ilə əlaqələr üzrə qruplarda yer alır. Livan ilə işçi qrupuna rəhbərlik edir.

Tahir Mirkişili Avropa üzrə  Avstriya, Böyük Britaniya, Niderland, Sloveniya və İtaliya; Asiya üzrə  BƏƏ, Gürcüstan, Sinqapur, Türkiyə və Çin ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Avstriya ilə işçi qrupunun rəhbəridir.

Elçin Mirzəbəyli Avropa üzrə  Belarus, Bosniya və Herseqovina, Latviya, Lüksemburq, Norveç, Rusiya, Serbiya, Slovakiya və İtaliya; Cənubi Amerika üzrə  Ekvador ilə əlaqələr üzrə qruplarda yer alır. Ekvador ilə işçi qrupuna rəhbərlik edir.

Nəsib Məhəməliyev Avropa üzrə Bosniya və Herseqovina, Litva, Macarıstan və İtaliya; Asiya üzrə  Pakistan, Sinqapur, Tailand və Türkiyə; Okeaniya üzrə Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Litva ilə işçi qrupunun rəhbəridir.

Müşfiq Məmmədli Avropa üzrə  Albaniya, Danimarka və Yunanıstan; Asiya üzrə Gürcüstan, Malayziya və İraq; Afrika üzrə Misir; Şimali Amerika üzrə  Panama; Cənubi Amerika üzrə  Braziliya və Venesuela ilə əlaqələr üzrə qruplarda yer alır. Braziliya ilə işçi qrupuna rəhbərlik edir.

Qaya Məmmədov Avropa üzrə Avstriya, Belçika, Niderland və Rusiya; Asiya üzrə Hindistan, Pakistan, Türkiyə və İran; Şimali Amerika üzrə  ABŞ; Cənubi Amerika üzrə  Argentina ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Niderland ilə işçi qrupunun rəhbəridir.

Əli Məsimli Avropa üzrə Monteneqro və Ukrayna; Asiya üzrə  Koreya, Yaponiya və Çin; Afrika üzrə CAR və Mavritaniya; Cənubi Amerika üzrə Argentina; Okeaniya üzrə Avstraliya və Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda yer alır. Monteneqro ilə işçi qrupuna rəhbərlik edir.

Razi Nurullayev Avropa üzrə Almaniya, Avstriya, Finlandiya və Rusiya; Asiya üzrə Monqolustan, Qazaxıstan, İsrail və Şimali Kipr Türk Cümhuriyyəti; Afrika üzrə Kamerun və Qambiya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Finlandiya ilə işçi qrupunun rəhbəridir.

Cavanşir Paşazadə Avropa üzrə Rusiya; Asiya üzrə BƏƏ, Qazaxıstan, Tacikistan, Türkiyə, Yaponiya, Çin və Özbəkistan; Afrika üzrə CAR; Şimali Amerika üzrə  Kanada ilə əlaqələr üzrə qruplarda yer alır. BƏƏ ilə işçi qrupuna rəhbərlik edir.

Eldar Quliyev Avropa üzrə Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Sloveniya və İsveçrə; Asiya üzrə Qətər, Sinqapur, Türkiyə və İndoneziya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Bolqarıstan ilə işçi qrupunun rəhbəridir.

Musa Quliyev Avropa üzrə Bolqarıstan, Estoniya, Litva və Macarıstan; Asiya üzrə  Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələr üzrə qruplarda yer alır. Qırğızıstan ilə işçi qrupuna rəhbərlik edir.

Eyvaz Qurbanov Avropa üzrə  Bolqarıstan, Macarıstan, Monteneqro, Norveç, Rusiya, Serbiya və Sloveniya; Asiya üzrə Livan və İsrail; Afrika üzrə  Qambiya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Qambiya ilə işçi qrupunun rəhbəridir.

Sadiq Qurbanov Avropa üzrə Monteneqro, Rumıniya və Şimali Makedoniya; Asiya üzrə BƏƏ, Bəhreyn, Livan, Pakistan və Türkiyə; Afrika üzrə  Mavritaniya; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qruplarda yer alır. Mavritaniya ilə işçi qrupuna rəhbərlik edir.

Göydəniz Qəhrəmanov Avropa üzrə  Rumıniya, Sloveniya və Çexiya; Asiya üzrəBƏƏ, Gürcüstan, Küveyt, Maldiv, Qazaxıstan, Qırğızıstan və Tailand ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Tailand ilə işçi qrupunun rəhbəridir.

Anatoliy Rafailov Avropa üzrə Estoniya, Malta, Rusiya və Serbiya; Asiya üzrə Tacikistan, Türkiyə, Özbəkistan və İsrail; Afrika üzrə Efiopiya; Şimali Amerika üzrə  ABŞ ilə əlaqələr üzrə qruplarda yer alır. İsrail ilə işçi qrupuna rəhbərlik edir.

Vüqar Rəhimzadə Avropa üzrə  Rumıniya və İtaliya; Asiya üzrə Pakistan, Qazaxıstan, Qətər, Yaponiya, Özbəkistan və İndoneziya; Afrika üzrə Nigeriya; Şimali Amerika üzrə  Kanada ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Nigeriya ilə işçi qrupunun rəhbəridir.

Mahir Süleymanlı Avropa üzrə  Latviya; Asiya üzrə Maldiv, Monqolustan və Türkiyə; Afrika üzrə Burundi, Liviya, Mavritaniya, Sudan və Zimbabve; Cənubi Amerika üzrə  Paraqvay ilə əlaqələr üzrə qruplarda yer alır. Zimbabve ilə işçi qrupuna rəhbərlik edir.

Samir Vəliyev Avropa üzrə Almaniya, Portuqaliya və Rumıniya; Asiya üzrə Koreya və Küveyt; Afrika üzrə Misir; Şimali Amerika üzrə ABŞ və Meksika; Cənubi Amerika üzrə Argentina və Çili ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Portuqaliya ilə işçi qrupunun rəhbəridir.

Məlahət İbrahimqızı Avropa üzrə Avstriya, Niderland, Serbiya və Ukrayna; Asiya üzrə  Qırğızıstan, Qətər, Türkiyə, Türkmənistan və Özbəkistan; Şimali Amerika üzrə  ABŞ ilə əlaqələr üzrə qruplarda yer alır. Serbiya ilə işçi qrupuna rəhbərlik edir.

Anar İsgəndərovun təmsil olunduğu 10 qrupun hamısı Asiya istiqamətinə aiddir: BƏƏ, Gürcüstan, Koreya, Livan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan, İordaniya və İraq. Deputat İordaniya ilə işçi qrupunun rəhbəridir.

Şahin İsmayılov Avropa üzrə  İsveçrə və İtaliya; Asiya üzrə Banqladeş, Nepal və Türkiyə; Afrika üzrə Əlcəzair; Şimali Amerika üzrə  Kuba; Cənubi Amerika üzrə  Argentina və Kolumbiya; Okeaniya üzrə  Yeni Zelandiya ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Əlcəzair ilə işçi qrupuna rəhbərlik edir.

Məzahir Əfəndiyev Avropa üzrə Belçika, Bosniya və Herseqovina və Ukrayna; Asiya üzrə  Filippin, Vyetnam və Yaponiya; Afrika üzrə Misir və Zimbabve; Şimali Amerika üzrə ABŞ və Kanada ilə əlaqələr üzrə qruplarda yer alır. Bosniya və Herseqovina ilə işçi qrupunun rəhbəridir.

Jalə Əliyeva Avropa üzrə  Almaniya, Bosniya və Herseqovina, Serbiya və İtaliya; Asiya üzrə Koreya, Pakistan, Türkiyə, İordaniya və Şimali Kipr Türk Cümhuriyyəti; Şimali Amerika üzrə Meksika ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Meksika ilə işçi qrupuna rəhbərlik edir.

29 deputat 9 işçi qrupunda yer alır

Elnarə Akimova Avropa üzrə Finlandiya, Litva, Rumıniya və Rusiya; Asiya üzrə BƏƏ; Afrika üzrəCibuti və Misir; Şimali Amerika üzrə Qvatemala; Cənubi Amerika üzrə Paraqvay ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Cibuti ilə işçi qrupunun rəhbəridir.

Ülviyyə Ağayeva Avropa üzrə Almaniya və Çexiya; Asiya üzrə Bəhreyn, Koreya, Türkiyə və Vyetnam; Afrika üzrə Mərakeş və Zimbabve; Şimali Amerika üzrə  Panama ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Azər Badamov Avropa üzrə Albaniya, Almaniya, Belarus, Rusiya və İsveç; Asiya üzrə  Monqolustan və Tacikistan; Cənubi Amerika üzrə  Kolumbiya və Çili ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Çili ilə işçi qrupunun rəhbəridir.

Tural Gəncəliyev Avropa üzrə  Belçika, Böyük Britaniya, Danimarka, Norveç, Yunanıstan, Çexiya və İsveç; Şimali Amerika üzrə ABŞ və Kanada ilə əlaqələr üzrə qruplarda yer alır. Kanada ilə işçi qrupuna rəhbərlik edir.

Malik Həsənov Avropa üzrə  Latviya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Çexiya və İsveçrə; Asiya üzrə  Koreya və Türkiyə ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Koreya ilə işçi qrupunun rəhbəridir.

Azər Kərimli Avropa üzrə  Avstriya, Böyük Britaniya, Estoniya, Litva, Macarıstan və İtaliya; Asiya üzrə  Gürcüstan, Tacikistan və İsrail ilə əlaqələr üzrə qruplarda yer alır. İtaliya ilə işçi qrupuna rəhbərlik edir.

Rasim Musabəyov Avropa üzrə  Belarus, Latviya, Litva, Niderland, Rumıniya və Rusiya; Asiya üzrə Gürcüstan və İsrail; Afrika üzrə CAR ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Elşən Musayev Avropa üzrə Almaniya, Bolqarıstan, Xorvatiya və Çexiya; Asiya üzrə Pakistan, Tailand və Türkiyə; Afrika üzrə  Burundi; Şimali Amerika üzrə Meksika ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Burundi ilə işçi qrupunun rəhbəridir.

Bəhruz Məhərrəmov Avropa üzrə Rumıniya və Yunanıstan; Asiya üzrə İordaniya; Afrika üzrə Burundi, Efiopiya, Sudan və Əlcəzair; Şimali Amerika üzrə ABŞ və Kuba ilə əlaqələr üzrə qruplarda yer alır. Yunanıstan ilə işçi qrupuna rəhbərlik edir.

Əlibala Məhərrəmzadə Avropa üzrə Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Çexiya və İsveç; Asiya üzrə Tailand və Türkiyə ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Ukrayna ilə işçi qrupunun rəhbəridir.

Anar Məmmədov Avropa üzrə Rusiya və Slovakiya; Asiya üzrə Gürcüstan, Pakistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələr üzrə qruplarda yer alır. Slovakiya ilə işçi qrupuna rəhbərlik edir.

Ceyhun Məmmədov Avropa üzrə Rusiya; Asiya üzrə Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, İran və İraq; Afrika üzrə Misir və Əlcəzair ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Misir ilə işçi qrupunun rəhbəridir.

Elman Məmmədov Avropa üzrə Belarus, Latviya, Serbiya, Sloveniya və İspaniya; Asiya üzrə Qırğızıstan və Türkmənistan; Afrika üzrə Misir; Şimali Amerika üzrə Qvatemala ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Məşhur Məmmədov Avropa üzrə  Bolqarıstan, Polşa və Rusiya; Asiya üzrə  Bəhreyn, Filippin, Qazaxıstan, Sinqapur, İordaniya və İsrail ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Sinqapur ilə işçi qrupunun rəhbəridir.

İlham Məmmədov Avropa üzrə Finlandiya, Latviya, Monteneqro və Xorvatiya; Asiya üzrə  İraq; Afrika üzrə  Liviya, Mərakeş və Zimbabve; Cənubi Amerika üzrə Kolumbiya ilə əlaqələr üzrə qruplarda yer alır. İraq ilə işçi qrupuna rəhbərlik edir.

Elman Nəsirov Avropa üzrə Albaniya, Belarus, Latviya, Macarıstan və Rusiya; Asiya üzrə Türkiyə, Çin və Özbəkistan; Afrika üzrə CAR ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Albaniya ilə işçi qrupunun rəhbəridir.

Vasif Qafarov Avropa üzrə Bolqarıstan, Monteneqro və Şimali Makedoniya; Asiya üzrə BƏƏ, Nepal, Səudiyyə Ərəbistanı, Yaponiya və İran; Cənubi Amerika üzrə Kolumbiya ilə əlaqələr üzrə qruplarda yer alır. Nepal ilə işçi qrupuna rəhbərlik edir.

Azay Quliyev Avropa üzrə Almaniya, Böyük Britaniya, Niderland, Polşa, Rumıniya, Sloveniya, Çexiya və İspaniya; Asiya üzrə Türkiyə ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Rumıniya ilə işçi qrupunun rəhbəridir.

Mübariz Qurbanlı Avropa üzrə Rumıniya və Serbiya; Asiya üzrə Koreya, Pakistan, Qırğızıstan, Türkiyə və Özbəkistan; Şimali Amerika üzrə Honduras; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Erkin Qədirli Avropa üzrə Belçika, Böyük Britaniya, Estoniya, Niderland, Ukrayna, İrlandiya və İsveçrə; Şimali Amerika üzrə  ABŞ və Kanada ilə əlaqələr üzrə qruplarda təmsil olunur. İrlandiya ilə işçi qrupunun rəhbəridir.

Ziyad Səmədzadə Avropa üzrə  Avstriya, Belarus, Portuqaliya, Rusiya və Serbiya; Asiya üzrə Qırğızıstan və Çin; Şimali Amerika üzrə Qvatemala; Cənubi Amerika üzrə Paraqvay ilə əlaqələr üzrə qruplarda yer alır. Belarus ilə işçi qrupuna rəhbərlik edir.

Mehriban Vəliyeva Avropa üzrə Estoniya, Serbiya, Slovakiya və Şimali Makedoniya; Asiya üzrə Hindistan və Qırğızıstan; Afrika üzrə Efiopiya və Əlcəzair; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Efiopiya ilə işçi qrupunun rəhbəridir.

Mixail Zabelin Avropa üzrə Belarus, Rusiya və İrlandiya; Asiya üzrə Monqolustan, Qazaxıstan və Qırğızıstan; Afrika üzrə Mavritaniya; Cənubi Amerika üzrə Peru və Uruqvay ilə əlaqələr üzrə qruplarda yer alır. Uruqvay ilə işçi qrupuna rəhbərlik edir.

Vüqar İskəndərov Avropa üzrə Rusiya və Çexiya; Asiya üzrə Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Yaponiya və Şimali Kipr Türk Cümhuriyyəti; Cənubi Amerika üzrə  Argentina ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Argentina ilə işçi qrupunun rəhbəridir.

İmamverdi İsmayılov Avropa üzrə Serbiya; Asiya üzrə Qətər, Sinqapur və İndoneziya; Afrika üzrə Mərakeş və Tunis; Şimali Amerika üzrə Meksika; Cənubi Amerika üzrə Braziliya; Okeaniya üzrə  Avstraliya ilə əlaqələr üzrə qruplarda yer alır. Mərakeş ilə işçi qrupuna rəhbərlik edir.

Arzuxan Əli-zadə Avropa üzrə  Bosniya və Herseqovina, Böyük Britaniya, Moldova, Serbiya, İspaniya və İsveç; Asiya üzrə Özbəkistan; Afrika üzrə Kamerun; Şimali Amerika üzrə Meksika ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Kamerun ilə işçi qrupunun rəhbəridir.

Bəxtiyar Əliyev Avropa üzrə Bosniya və Herseqovina, Yunanıstan, İrlandiya və İsveçrə; Asiya üzrə  Malayziya, İndoneziya və İsrail; Cənubi Amerika üzrə Paraqvay və Uruqvay ilə əlaqələr üzrə qruplarda yer alır. İndoneziya ilə işçi qrupuna rəhbərlik edir.

Əziz Ələkbərov Avropa üzrə  Macarıstan; Asiya üzrə  Pakistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti; Afrika üzrə  Misir; Şimali Amerika üzrə Qvatemala ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Qvatemala ilə işçi qrupunun rəhbəridir.

Asif Əsgərov Avropa üzrə  Yunanıstan və İspaniya; Asiya üzrə Qətər, Səudiyyə Ərəbistanı və Yaponiya; Şimali Amerika üzrə ABŞ və Qvatemala; Cənubi Amerika üzrə Braziliya və Kolumbiya ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Altı deputat 8 qrupun üzvüdür

Aqil Abbas Avropa üzrə Albaniya və Serbiya; Asiya üzrəMalayziya, Pakistan və Türkiyə; Afrika üzrə Cibuti və Əlcəzair; Şimali Amerika üzrə Meksika ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Sahib Alıyev Avropa üzrə Albaniya, Belarus və Moldova; Asiya üzrə Banqladeş, Filippin və İndoneziya; Şimali Amerika üzrə  Honduras; Cənubi Amerika üzrə Peru ilə əlaqələr üzrə qruplarda təmsil olunur. Peru ilə işçi qrupunun rəhbəridir.

Novruzəli Aslanov Avropa üzrə Belarus, Moldova və Rusiya; Asiya üzrə Gürcüstan, Tacikistan və Türkmənistan; Şimali Amerika üzrə Kuba və Panama ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Bədəl Bədəlov Avropa üzrə  Malta, Ukrayna, Çexiya və İspaniya; Asiya üzrə Kamboca, Koreya, Yaponiya və Özbəkistan ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Ülviyyə Həmzəyeva Avropa üzrə Finlandiya və Rusiya; Asiya üzrə Gürcüstan, Pakistan, Türkiyə və İndoneziya; Şimali Amerika üzrə Meksika; Cənubi Amerika üzrə Venesuela ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Rövşən Muradov Avropa üzrə Avstriya, Belarus, Belçika, Estoniya, Rusiya və İsveçrə; Asiya üzrə  Banqladeş; Şimali Amerika üzrə Panama ilə əlaqələr üzrə qrupların üzvüdür. Rəhbərlik etdiyi qrup yoxdur.

Yeddi və daha az qrupda təmsil olunanlar

Ülvi Quliyev 7 qrupun üzvüdür. Bunlardan 5-i Avropa — Belçika, Malta, Rumıniya, Rusiya və Çexiya, 2-si Asiya — Koreya və Türkiyə istiqamətindədir. Rəhbərlik etdiyi qrup yoxdur.

Tahir Rzayev 7 qrupda təmsil olunur: Avropa üzrə Bosniya və Herseqovina, Serbiya və Ukrayna; Asiya üzrə  Pakistan, Qətər, Özbəkistan və Əfqanıstan. Qətər ilə işçi qrupunun rəhbəridir.

Səməd Seyidov 7 qrupda təmsil olunur: Avropa üzrə Böyük Britaniya, Xorvatiya və İspaniya; Asiya üzrə  Qazaxıstan, Səudiyyə Ərəbistanı və İordaniya; Şimali Amerika üzrə  ABŞ. ABŞ ilə işçi qrupuna rəhbərlik edir.

Əhliman Əmiraslanov 6 qrupda təmsil olunur: Avropa üzrə Belarus və Rusiya; Asiya üzrə  BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan. Türkiyə ilə işçi qrupunun rəhbəridir.

Mircəlil Qasımlı 5 qrupun üzvüdür: Avropa üzrə  Şimali Makedoniya; Afrika üzrə Zimbabve və Əlcəzair; Şimali Amerika üzrə Kuba; Cənubi Amerika üzrə  Kolumbiya. Rəhbərlik etdiyi qrup yoxdur.

Zahid Oruc 4 qrupda təmsil olunur: Avropa üzrə Almaniya, Böyük Britaniya və Danimarka; Asiya üzrə  Monqolustan. Monqolustan ilə işçi qrupuna rəhbərlik edir.

Əli Hüseynli 3 qrupda təmsil olunur: Avropa üzrə Belarus və Macarıstan; Asiya üzrə Nepal. Macarıstan ilə işçi qrupunun rəhbəridir.

Polad Bülbüloğlu 2 qrupda təmsil olunur: Avropa üzrə Rusiya, Asiya üzrə Türkiyə ilə əlaqələr üzrə işçi qruplarında yer alır. Rusiya ilə işçi qrupuna rəhbərlik edir.

Dörd deputat yalnız bir işçi qrupunda təmsil olunur. Rafael Hüseynov Avropa istiqamətində İsveç, Musa Qasımlı Asiya istiqamətində Əfqanıstan, Fəzail İbrahimli Afrika istiqamətində Liviya, Ziyafət Əsgərov isə Asiya istiqamətində İran ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləridir. Araşdırılan siyahılarda onların başqa işçi qruplarında adi üzvlüyü göstərilmir.

Spiker və vitse-spiker heç bir işçi qrupunda təmsil olunmur.

Heç bir işçi qrupuna rəhbərlik etməyən deputatlar Günay Əfəndiyeva, Səyyad Aran, Ülviyyə Ağayeva, Rasim Musabəyov, Elman Məmmədov, Mübariz Qurbanlı, Asif Əsgərov, Aqil Abbas, Novruzəli Aslanov, Bədəl Bədəlov, Ülviyyə Həmzəyeva, Rövşən Muradov, Ülvi Quliyev, Mircəlil Qasımlı, Sahibə Qafarova və Əli Əhmədovdur.

Əlaqələrin əsas ağırlığı Avropa və Asiyanın payına düşür

Araşdırılan 108 işçi qrupundan 37-si Avropa, 37-si Asiya, 16-sı Afrika, 7-si Şimali Amerika, 9-u Cənubi Amerika, 2-si isə Okeaniya istiqamətini əhatə edir.

Rəhbərlik də daxil olmaqla, deputatların bu qruplardakı ümumi təmsilçilik sayı 1171-dir. Bunun 471-i Avropa, 465-i Asiya, 93-ü Afrika, 60-ı Şimali Amerika, 63-ü Cənubi Amerika, 19-u Okeaniya istiqamətinə aiddir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər