Modern.az

Pxenyan Cənubi Koreyaya müraciət etdi

Pxenyan Cənubi Koreyaya müraciət etdi

Dünya

14 Sentyabr 2018, 12:44

Şimali Koreya Cənub Koreyanı Pxanmuncom bəyannaməsinin təcili həyata keçirilməsinə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının (KXDR) İşçi partiyasının mərkəzi qəzeti olan “Nodon Sinmun” nəşrində yazı çıxıb.

“Pxenyan və Seul şəraitdən və vəziyyətdən asılı olmayaraq münasibətlərin yaxşılaşdırılması üçün səy göstərməli və Panmunjom Bəyannaməsinin müddəalarına səmimi şəkildə riayət etməlidir” – yazıda bildirilir.

 

Yazıda həmçinin KXDR Koreya respublikasını bəyannaməyə sadiq qalmağa və xarici təsirlərdən yayınmağa çağırır.

Nəşr hər iki tərəfin “tarix qarşısındakı məsuliyyətini dərk etməli və Şimal və Cənub arasındakı əlaqələrdə irəliləyiş əldə edərək Koreya xalqının istəyini yerinə yetirməli olduqlarını” vurğulayır.

 

Qeyd edək ki, 2018-ci ilin aprelin 17-də KXDR və Koreya Respublikasının dövlət rəhbərləri Pxanmuncomda birgə bəyannamə imzalayıblar. Bəyannamə Koreya yarımadasının sülh, rifah və birləşməsini nəzərdə tutur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub