Modern.az

İranda qızların kütləvi zəhərlənməsi ilə bağlı AKSİYALAR BAŞLADI

İranda qızların kütləvi zəhərlənməsi ilə bağlı AKSİYALAR BAŞLADI

5 Mart 2023, 09:26

İranda qızların kütləvi şəkildə zəhərlənməsi ilə bağlı aksiyalara start verilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtda yerləşən Təhsil Nazirliyinin binası qarşısında, habelə digər şəhərlərdəki əsas yerlərdə etiraz nümayişləri başlayıb.

 

Məlumata görə, zəhərlənmə faktları İranın əksər regionlarında baş verib. Bilinməyən səbəbdən zəhərlənən qızların sayı yüzlərlədir.

 

Qeyd edək ki, İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir