Modern.az

Putinin həbsinə qərar verildi 

Putinin həbsinə qərar verildi 

Dünya

17 Mart 2023, 19:50

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq order verib.

 

Modern.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

 

Beynəlxalq Cinayət Məhkəməsindən bildirilib ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

 

"Bu gün, 17 mart 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin ikinci məhkəməyə qədərki palatası Ukraynadakı vəziyyətlə əlaqədar iki nəfərin həbsinə order verib: cənab Vladimir Vladimiroviç Putin və xanım Mariya Alekseevna Lvova-Belova", - rəsmi açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...