Modern.az

Putinin həbsi ilə bağlı qərara Rusiyadan sərt REAKSİYA 

Putinin həbsi ilə bağlı qərara Rusiyadan sərt REAKSİYA 

17 Mart 2023, 20:55

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) Vladimir Putinin həbsinə order verməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, Rusiyanın məhkəmənin yurisdiksiyasını tanımadığını diqqətə çatdırıb.

 

"Biz bu məhkəmənin yurisdiksiyasını tanımırıq, qərar hüquq baxımından etibarsızdır", - Kremlin sözçüsü deyib.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü də məhkəmənin qərarına reaksiya verib. O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur. 

 

"Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun iştirakçısı deyil və ona görə də öhdəlik daşımır", - Zaxarova "Telegram" hesabında yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok