Modern.az

Kahramanmaraşda daha bir ZƏLZƏLƏ

Kahramanmaraşda daha bir ZƏLZƏLƏ

20 Mart 2023, 20:49

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Türkoğlu rayonunda baş verən yeraltı təkan Rixter şkalasında 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir