Modern.az

ABŞ sülh üçün səylərini davam etdirəcək - Blinken 

ABŞ sülh üçün səylərini davam etdirəcək - Blinken 

Dünya

21 Mart 2023, 19:50

ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken deyib.

 

Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər