Modern.az

Çin lideri Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI 

Çin lideri Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI 

Dünya

21 Mart 2023, 20:43

Çin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində sülh və dialoqun tərəfdarı olduğunu bildirib. 

 

Modern.az xəbər verir ki, bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı danışıb.

 

O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub.

 

"Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Si vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır