Modern.az

Əfqanıstanda güclü ZƏLZƏLƏ

Əfqanıstanda güclü ZƏLZƏLƏ

21 Mart 2023, 21:17

Əfqanıstanın Hindukuş bölgəsində güclü zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Alman Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.

 

6,8 bal gücündə zəlzələ 184 km dərinlikdə olub. Dağıntılar və itkilər barədə məlumat verilməyib.

 

Hindistanın ANI xəbər agentliyi yeraltı təkanların ölkənin paytaxtı Yeni Dehlidə də hiss edildiyini bildirib.

 

Zəlzələ Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistana da təsir edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir