Modern.az

Əsir götürüldüyü deyilən erməni hərbçi tapıldı

Əsir götürüldüyü deyilən erməni hərbçi tapıldı

22 Mart 2023, 11:36

Ötən gün Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi erməni hərbçisi bu gün tapılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

 

Bildirilib ki, axtarışlar nəticəsində tapılan hərbçinin heç bir həyati təhlükəsi yoxdur.

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən gün hərbçisinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçdiyini bildirmiş və onun əsir götürüldüyünü iddia etmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın növbəti yalan olduğunu bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü