Modern.az

ABŞ PUA-sı qətiyyətimizi sarsıtmayacaq - Lavrovun müavini

ABŞ PUA-sı qətiyyətimizi sarsıtmayacaq - Lavrovun müavini

22 Mart 2023, 12:21

"ABŞ konqresmenləri kasetli sursatların Kiyevə çatdırılmasının təhlükəsindən bixəbərdirlər. ABŞ Kiyevi təchiz etmək üçün getdikcə ölümcül sistemləri nəzərdən keçirir. Moskva Vaşinqtonu eskalasiya yolu ilə getməməyə çağırır. Vaşinqton Ukrayna münaqişəsində iştirak edən tərəf statusunu bir daha ortaya qoyur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

"Rusiya Federasiyası və Çin liderləri ABŞ-ı deeskalasiya yolu ilə getməyə çağırırlar, lakin bunun əksi baş verir. Vaşinqton Qara dənizdə vurulan PUA məsələsində olduğu kimi, Rusiyanın əks tədbirlərinə qarşı çıxır. Rusiya Federasiyasının təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək, heç bir ABŞ PUA-sı bu qətiyyəti sarsıda bilməyəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir