Modern.az

Makron qalmaqallı qanunu ilin sonunadək təsdiqləyəcək

Makron qalmaqallı qanunu ilin sonunadək təsdiqləyəcək

Dünya

22 Mart 2023, 18:29

Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər qalmaqallı pensiya islahatları haqqında qanunu təsdiqləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib.

 

Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin həyata keçiriləcəyini deyib.

 

Yaxın həftələrdə qanun layihəsi Konstitusiya Şurasının müzakirəsinə çıxarılacaq və yalnız təsdiq edildikdən sonra qanuna çevrilə bilər.

 

Qeyd edək ki, qanuna görə Fransada bir neçə dəfə iğtişaşlar baş verib, polislə vətəndaşlar arasında toqquşma yaşanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!