Modern.az

Bu ölkədə marixuana qanuniləşdirildi

Bu ölkədə marixuana qanuniləşdirildi

23 Mart 2023, 08:56

İsveçrənin Sürix şəhər meriyası sınaq rejimində şəhərdə marixuananın satışını və istifadəsini qanuniləşdirmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, Bu barədə Sürix meriyasının mətbuat xidməti məlumat yayıb.

 

Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən eksperiment çərçivəsində Sürixin 2100 sakini marixuananın əsas aktiv maddəsi olan tetrahidrokannabinol tərkibli məhsulları qanuni olaraq alıb istifadə edə biləcək.

 

Eksperimentin iştirakçıları hər altı aydan narkotikdən istifadə vərdişləri, sağlamlıq vəziyyəti və s. ilə bağlı suallara cavab verməlidirlər. Məlumatlar İsveçrə Səhiyyə Nazirliyi və Sürix Universitetinin Psixiatriya Klinikasının tədqiqatçıları tərəfindən öyrəniləcək.

 

Nəticələrə görə, üç il yarımdan sonra ekspert komissiyası ümumilikdə İsveçrədə marixuananı leqallaşdırmağa qərar verə biləcək.

 

İsveçrə polisinin məlumatına görə, Sürixin 400 min sakinindən təxminən 13 mini müntəzəm olaraq marixuanadan istifadə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir