Modern.az

Səudiyyə İrandan sonra Suriya ilə barışır

Səudiyyə İrandan sonra Suriya ilə barışır

Dünya

23 Mart 2023, 19:51

Suriya və Səudiyyə Ərəbistanı münasibətləri tam bərpa etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Dəməşq və Ər-Riyad münasibətlərin pozulmasından on il sonra qarşılıqlı səfirlik açmaq niyyətindədir.

 

Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr 2012-ci ildə prezident Əsədin siyasətinə etiraz olaraq Suriyadakı diplomatik nümayəndəliklərini bağlayıb.

 

Bundan əvvəl Suriyanın yaxın tərəfdaşı olan İran da Səudiyyə ilə münasibətləri normallaşdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi