Modern.az

Zelenski niyə qələbənin bu il olacağını dedi?

 Zelenski niyə qələbənin bu il olacağını dedi?

24 Mart 2023, 15:44

Rusiyanın işğalçı müharibəni genişləndirməsi və Baxmut şəhərini mühasirəyə alması fonunda Zelenskinin açıqlaması qəribə görünə bilər. Ukrayna prezidenti Volodimir Zelenski qələbənin bu il olacağını deyib.

 

Modern.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.

 

O qeyd edib ki, qələbə üçün Rusiya ordusunun hücumları dayandırılmalı və Ukrayna ordusu əks-hücumlara keçməlidir: "Ukrayna prezidenti qələbənin şərtlərini bu şəkildə sıralayıb: 1. Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və durğunluq olmamalıdır; 2. Birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönəlməlidir. Yəni Zelenski demək istəyib ki, bu iki şərt yerinə yetirilməsə qələbə əldə etmək çətin olacaq".

 

E.Şahinoğlu vurğulayıb ki, Ukraynanın halhazırda etdiyi qələbə qazanmaq üçün azdır: "Ukrayna prezidenti haqlıdır. Ukrayna ordusu öz üzərinə düşəni artıqlamasıyla edir, qəhrəmancasına savaşır, işğalçı itki verir. Ancaq Ukraynanın qələbəsi üçün bu azdır. Qərb də üzərinə düşəni etməlidir. Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: “Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik”. Zelenski “2023 qələbə ili olacaq” deyərkən həm də Ukrayna cəmiyyətinin ruh yüksəkliyinə istinad edir. Kreml müharibəyə başladıqda məhz Ukrayna cəmiyyətinin məğlubiyyətlə barışacağına və Zelenskini devirəcəyinə ümid edirdi. Bu baş vermədi. Əsas qələbə inamın itməməsidi".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi