Modern.az

Muharem İnce 100 mindən çox imza topladı

Muharem İnce 100 mindən çox imza topladı

Dünya

25 Mart 2023, 18:12

Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində namizəd olmaq üçün müraciət edən Muharrem İnce yetərli sayda imza toplayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Məmləkət Partiyasının sədri Məhərrəm İncenin topladığı imzaların sayı 100 mini keçib.

 

Qeyd edək ki, Türkiyə qanunvericiliyə görə seçicilərin imzası ilə namizəd olmaq üçün siyasətçilər 100 min imza toplamalıdır. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və CHP lideri Kemal Kılıçdaroğlunun namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var