Modern.az

Bu ölkənin prezidenti xəstəliyə tutuldu

Bu ölkənin prezidenti xəstəliyə tutuldu

Dünya

25 Mart 2023, 20:20

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Çinə səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə Braziliya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

27-31 mart tarixlərində baş tutması planlaşdırılan səfərin ləğv edilməsinə səbəb Braziliya liderinin səhhətində yaranan problemlər olub. Səfərin başqa vaxt həyata keçiriləcəyi bildirilib.

 

Kliniki müayinədən sonra Lulaya A qripinin səbəb olduğu bakterial və viral bronxopnevmoniya diaqnozu qoyulduğu və müalicəyə başlanıldığı qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok