Modern.az

Rusiya aviasiyası Ermənistanda təlim keçirdi

Rusiya aviasiyası Ermənistanda təlim keçirdi

Dünya

26 Mart 2023, 12:58

Rusiya hərbi pilotları Ermənistanın dağlıq ərazilərində mürəkkəb hava elementlərini yerinə yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, ordu aviasiyasına məxsus Mi-8, MTV-5 və Ka-52 helikopterlərinin ekipajları tək, cüt və komanda şəklində təlim uçuşları həyata keçirib.

 

Məlumata görə, pilotlar həmçinin dağlıq ərazilərdə axtarış-xilasetmə və şərti yaralıların təxliyyəsi üzrə məşq edib və Erebuni aerodromunun üzərində uçuşlar ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi