Modern.az

Ukraynada müharibə olacağını 1 il əvvəldən bilirdim - Vuçiç

Ukraynada müharibə olacağını 1 il əvvəldən bilirdim - Vuçiç

26 Mart 2023, 14:05

Serbiya prezidenti Aleksandar Vuçiç müharibə ilə əlaqədar olaraq Ukraynanın Aİ-yə sürətlə daxil olmasını gözləyir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Pink TV-yə danışıb.

 

Vuçiçin sözlərinə görə, Ukraynanın Avropa yolunda böyük dönüşü artıq iyun ayında baş verməlidir. O əlavə edib ki, danışıqlara dərhal başlanacaq və Aİ-yə daxil olmaq barədə qərarlar qəbul ediləcək, çünki onun fikrincə, ABŞ Avropa daxilində ayrıca blok yaratmaq niyyətindədir. 

 

"Bu, Polşa, Baltikyanı ölkələr və Ukrayna olacaq. Bunlar ümumilikdə ərazi baxımından Fransa və Almaniyadan böyük olan ölkələrdir. Aydındır ki, onlar Avropanın ən güclü dövlətinə çevriləcək və birbaşa ABŞ-ın nəzarəti altında olacaqlar", - deyə o bildirib.

 

"Müharibənin başlayacağını 1 il əvvəldən bilirdim. Ona görə yox ki, Putin mənə nəsə deyib. Amma onunla görüş zamanı Ukraynada nə baş verəcəyini başa düşdüm", - Vuçiç deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir