Modern.az

\"ATA İttifaqı\"nın namizədi 100 min imza topladı

\

26 Mart 2023, 17:35

Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə vahid namizədi Sinan Oğan seçkilərə qatılmaq üçün tələb olunan 100 min imzanı yığmağa müvəffəq olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, imzalar Ali Seçki Komissiyasına təqdim olunacaq.

 

Bundan əvvəl Məmləkət Partiyasının namizədi Muharrem İnce də 100 min səs toplamışdı.

 

Qeyd edək ki, namizədliyi təsdiqlənmiş və seçkiyə buraxılmış şəxslərin yekun siyahısı 31 martda elan olunacaq.

 

Türkiyədə həm prezident, həm də parlament seçkiləri 14 mayda baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi