Modern.az

Avropaya keçmək istəyən miqrantlar suda boğuldu - 29 ölü

Avropaya keçmək istəyən miqrantlar suda boğuldu - 29 ölü

Dünya

26 Mart 2023, 21:12

Aralıq dənizi vasitəsilə Afrikadan İtaliyaya keçməyə cəhd edən miqrantları daşıyan iki qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Tunis rəsmilərinə istinadən məlumat yayıb.

 

Tunis sahillərində qayıqların batması nəticəsində 29 nəfər həlak olub. Qayıqlarda olan 11 nəfər xilas edilib.

 

Ölkənin sahil mühafizəsi bildirib ki, son 4 gündə İtaliyaya gedən 80-ə yaxın qayıq dayandırlıb və əksəriyyəti Afrika ölkələrindən olan 3000-dən çox miqrant saxlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi