Modern.az

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını ÇAĞIRDI

Dünya

6 İyun 2023, 14:44

Ukraynanın BMT-dəki nümayəndələri "Kaxovka" su elektrik stansiyasında baş vermiş partlayışla əlaqədar təşkilatın Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

"Görüş iştirakçıları bir sıra beynəlxalq tədbirlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması, beynəlxalq ekoloji təşkilatlara, Beynəlxalq Cinayət Məhkəməsinə müraciətlər barədə razılığa gəliblər. Çünki ruslar bu cür hərəkətlər etməklə Cenevrə Konvensiyasını pozub", - bəyanatda bildirilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI