Modern.az

"Danone" Rusiyadakı biznes payını dövlət qurumuna ötürə bilər

Dünya

17 İyul 2023, 10:24

"Danone" şirkəti Rusiyadakı biznesin payını ölkənin Federal Əmlakın İdarə Olunması Agentliyinə ötürmək qərarını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Fransa istehsalçısı yaydığı məlumatda qeyd edib ki, “Danone Russia"nın səhmdarı kimi öz hüquqlarını qorumaq və bütün maraqlı tərəflərin, xüsusən də işçilərin maraqları naminə biznesin davamlılığını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə hazırdır.

 

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra qüvvəyə minən sanksiyalar nəticəsində tanınmış xarici şirkətlərin mütləq əksəriyyəti Rusiya bazarını tərk edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi