Modern.az

Rusiya XİN taxıl sazişinin bərpası şərtini açıqladı

Rusiya XİN taxıl sazişinin bərpası şərtini açıqladı

Dünya

17 İyul 2023, 15:32

"Rusiya vədlər və təminatlar deyil, yalnız konkret nəticələr əldə olunarsa, taxıl sazişinin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

 

"Bir il sonra Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsi üzrə işlərin nəticələri məyusedici görünür. Ukraynadan son ana qədər ərzaq ixracı Kiyevin və onun Qərb kuratorlarının maraqlarına xidmət etmək məqsədi daşıyırdı. Terror aktlarının həyata keçirilməsi üçün Kiyevin nəzarətində olan limanlardan və Ukrayna taxılının ixracı üçün Rusiya Federasiyasının açdığı təhlükəsiz dəhlizdən istifadə edilib", - Rusiya XİN-in açıqlamasında iddia olunur.

Bu xəbər ilə bağlı
Taxıl sazişi ilə bağlı razılaşmalar DAYANDIRILDI
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi