Modern.az

Peskov taxıl sazişindən danışdı - Vicdansızlıqdır

Peskov taxıl sazişindən danışdı - Vicdansızlıqdır

Dünya

18 İyul 2023, 13:54

"Avropa ölkələrinin taxıl müqaviləsi ilə bağlı mövqeyini vicdansızlıq adlandırmaq lazımdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Moskva Krım körpüsünə hücumu Kiyevin təşkil etdiyinə şübhə etmir. Krım körpüsünün təhlükəsizliyinin gücləndirilməsi təklifi hələ də hazırlanır", - Peskov bildirib.

 

O, həmçinin qeyd edib ki, Rusiya BMT baş katibi Antonio Quterreşin Avropanı taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə inandırmaq cəhdlərini yüksək qiymətləndirir.

 

"Rusiya taxıl sazişindən çıxdıqdan sonra ehtiyacı olan ölkələr üçün Ukrayna taxılını pulsuz əvəz etməyə hazırdır. Rusiyadan Afrikaya taxıl tədarükü iyulun sonunda Sankt-Peterburqda keçiriləcək sammitdə müzakirə olunacaq. Putin hələ Ərdoğanla təmasları planlaşdırmır", - Kreml sözçüsü vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi