Modern.az

Trampdan Ukrayna və Baydenlə bağlı qalmaqallı açıqlama

Trampdan Ukrayna və Baydenlə bağlı qalmaqallı açıqlama

Dünya

19 İyul 2023, 13:48

Yenidən ABŞ prezidenti seçilsəm, Ukraynaya hərbi dəstək üçün Avropa ölkələrindən silah ehtiyatlarının bərpasına görə təzminat ödənilməsində israrlı olacağam.


Modern.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.


Tramp Avropa müttəfiqlərinin mərmi ehtiyatlarının tükənməsi səbəbindən Vaşinqtonun kasetli sursatları Ukraynaya ötürmək qərarını tənqid edib.

 

O bildirib ki, hakimiyyətdə olduğu dövrdə ABŞ ordusunu tamamilə yenidən qurub və ölkəsinin qlobal mövqeyini gücləndirib.


“İyirmi doqquz aydan sonra arsenallar boşaldı, ehtiyatlar tükəndi, xəzinə tükəndi, hərbi rütbələr boşaldı, ölkəmiz tamamilə alçaldıldı və korrupsioner, güzəştə getmiş prezidentimiz, fırıldaqçı Co Bayden bizi III Dünya Müharibəsinə sürükləyir",- deyə Tramp qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı