Modern.az

Türkiyədə istiyə görə qəribə aksiya

Türkiyədə istiyə görə qəribə aksiya

Dünya

19 İyul 2023, 14:52

Türkiyənin Adana şəhərində bir qrup sakin kondisioner ixtiraçısı Uillis Haviland Carrierin xatirəsinə şirniyyat paylayıb.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Sözügedən aksiya sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

Aksiya iştirakçıları əlllərində Carrierin fotosu olan plakat qaldıraraq, dualar edib, onun dünyanın ən mühüm ixtiralarından birinə imza atdığını bildiriblər.

 

Qeyd edək ki, son günlər Adana şəhərində havanın temperaturu 40 dərəcədən yuxarıdır. Sakinlər belə isti havada kondisionerdən istifadə edərək sərinləyə bildiklərinə görə Carrierin xatirəsini anıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək