Modern.az

Mirziyoyev qızını özünə köməkçi təyin etdi - FOTO

Mirziyoyev qızını özünə köməkçi təyin etdi - FOTO

Dünya

25 Avqust 2023, 15:18

Səidə Şavkatovna Mirziyoyeva Özbəkistan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bununla bağlı prezident Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

 

Mirziyoyevin qızı olan Səidə Mirziyoyeva 1984-cü ildə Fərqanə vilayətinin Kokand şəhərində anadan olub. Dünya İqtisadiyyatı və Diplomatiya Universitetini, Daşkənd Dövlət Hüquq Universitetinin və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin magistraturasını bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

 

Səidə Mirziyoyeva bir neçə il müxtəlif sahələrdə, o cümlədən 2019-2020-ci illərdə Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktor müavini vəzifəsində çalışıb. 2020-ci ildən KİV-ə Dəstək və İnkişaf Milli Fondunun Himayəçilik Şurasının sədr müavinidir.

 

2022-ci ilin noyabr ayından Səidə Mirziyoyeva Prezident Administrasiyasının kommunikasiya və informasiya siyasəti sektoruna rəhbərlik edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok