Modern.az

Peskov Putinin Navalnının mübadiləsi ilə bağlı açıqlamasını ŞƏRH ETDİ

Peskov Putinin Navalnının mübadiləsi ilə bağlı açıqlamasını ŞƏRH ETDİ

Dünya

18 Mart 2024, 14:55

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putin Navalnının mümkün mübadiləsi ilə bağlı cavabında danışıqların getdiyini deməyib, ancaq potensial mübadilə ilə bağlı razılığını təsdiqləyib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikri Putinə kimin dediyi barədə suala Peskov cavab verməyib.

 

Navalnının tərəfdaşları bu kontekstdə iş adamı Roman Abramoviçin adını çəksələr də, o, bəyanatı şərh etməyib. Məlumata görə, Navalnının ölümü zamanı onun mümkün mübadiləsi ilə bağlı danışıqlar irəli mərhələdə olub.

 

Navalnının tərəfdaşları hesab edirlər ki, Putin son anda fikrindən danışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!