Modern.az

Assanj məhkəməyə müraciət edə biləcək

Assanj məhkəməyə müraciət edə biləcək

Dünya

26 Mart 2024, 16:00

Böyük Britaniya məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair məhkəmə qərarına etiraz edə biləcəyinə qərar verib.

 

Modern.az-ın xəbərinə görə, “Wikileaks” portalının qurucusu Culian Assanjın casusluq ittihamı ilə ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ bu gün sonuncu dəfə britaniyalı hakimlər tərəfindən müzakirə olunub. Hakimlər Culian Assanjın ABŞ-a ekstradisiyasına etiraz edə biləcəyinə qərar veriblər.

 

Hakimlər bildiriblər ki, ABŞ səlahiyyətliləri onun ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə başına nə gələcəyinə dair əlavə zəmanət verməsələr, Assanj apellyasiya şikayəti verə biləcək. Əgər Culian Assanja bu icazəsi verilməsəydi, o, ABŞ-a bir neçə gün ərzində ekstradisiya edilə bilərdi.

 

Proses mayın 20-dək təxirə salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!