Modern.az

Ərdoğan 4 ölkənin lideri ilə müzakirə APARDI

Ərdoğan 4 ölkənin lideri ilə müzakirə APARDI

Dünya

10 Aprel 2024, 17:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 10-da Türkmənistan, İran, Nigeriya və Qazaxıstan liderləri ilə telefon danışığı aparıb.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.


Telefon söhbəti zamanı Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkmənistanın Türk Dövlətləri Təşkilatına marağının artmasının sevindirici hal olduğunu bildirib. İki lider bir-birlərini Fitr bayramı münasibətilə təbrik ediblər.
 

Rəcəb Tayyib Ərdoğanın İbrahim Rəisi ilə telefon danışığında Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezidentlər bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.


Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə də telefon danışığı aparıb. Prezident Ərdoğan Sahel bölgəsindəki hadisələrin yaxından izlənildiyini və Türkiyənin müdafiə sənayesi sahəsində təcrübə və imkanları Nigeriya ilə bölüşməyə davam edəcəyini bildirib.

Hər iki lider bir-birini Fitr bayramı münasibətilə təbrik ediblər.


Prezident Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə edib.

Prezident Ərdoğan görüşdə Qazaxıstanda baş verən böyük sel fəlakəti ilə bağlı kədərini bölüşüb və Türkiyənin yardıma hazır olduğunu bildirib.

Görüş zamanı hər iki lider bir-birini Fitr bayramı münasibətilə təbrik ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!