Modern.az

Odessa yenidən bombalandı - 4 nəfər ÖLDÜ

Odessa yenidən bombalandı - 4 nəfər ÖLDÜ

Dünya

10 Aprel 2024, 23:47

Aprelin 10-da axşam saatlarında Rusiya Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirib. Nəticədə 4 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

 

“Rusların axşam saatlarında Odessa vilayətinə raket hücumu nəticəsində biri uşaq - 10 yaşlı qız olmaqla, 4 nəfər həlak olub, 7 nəfər yaralanıb. Yaralılardan bir nəfərin vəziyyəti ağırdır. Həkimlər mümkün olan hər şeyi edirlər”, - deyə Kiper əlavə edib.

 

Onun sözlərinə görə, Odessa bölgəsinə “İskəndər-M” ballistik raketləri ilə hücum olunub. Nəticədə Odessa vilayətində nəqliyyat infrastrukturuna və yaxınlıqdakı yük maşınlarına ziyan dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!