Modern.az

Ərdoğan müxalifət lideri ilə GÖRÜŞDÜ - 8 ildən sonra...

Ərdoğan müxalifət lideri ilə GÖRÜŞDÜ - 8 ildən sonra...

Dünya

2 May 2024, 21:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçirilən görüş mətbuata qapalı keçirilib.

 

Görüşdə hər iki partiyanın yüksək vəzifəli şəxsləri də iştirak edib. 1 saat 35 dəqiqə davam edən görüşün detalları açıqlanmayıb.

 

“CNN Türk”ün məlumatına görə, görüş çox müsbət və məhsuldar keçib. Tərəflər bir-birinə hədiyyələr verib. 

 

Ərdoğan CHP-nin qərərgahına təşrif buyuracağını deyib, Özel isə bundan məmnun olacağını bildirib.

 

Dini bayramlarda Ərdoğanla Özel arasında telefon təbriki olacaq, milli bayramlarda isə görüşləri təşkil ediləcək.

 

Ölkədaxili bir sıra məsələlərin müzakirə olunduğu görüşdən sonra CHP lideri açıqlama verib:

 

“Görüş müsbət atmosferdə keçdi. Bunun müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəm”.

 

Qeyd edək ki, bu, hər iki partiyanın liderləri arasında 2016-cı ildən bu yana baş tutan ilk görüşdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi