Modern.az

"Müdafiəyə daha çox pul xərcləməliyik" - NAZİR

Dünya

9 May 2024, 13:45

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu gün Londonda Milli Kibertəhlükəsizlik Mərkəzində çıxış edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Nazir çıxışında NATO üzvlərini müdafiəyə daha çox pul xərcləməyə çağıracaq.

 

“2014-cü ildə Uelsdə NATO sammiti zamanı müttəfiqlər ümumi daxili məhsulun ən azı iki faizini müdafiəyə ayırmaq vədi vermişdilər. Bundan sonra ÜDM-in 2,5 faizini müdafiəyə xərcləmək üçün sürətlə hərəkət etməliyik”,- deyə nazir çıxışında qeyd edəcək. O, həmçinin düşmənlərə qarşı daha sərt və daha iddialı olmağa çağıracaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin öldüyü qəzada daha 8 nəfər həlak olub