Modern.az

Roma Papası Ermənistana səfərə hazırlaşır

Roma Papası Ermənistana səfərə hazırlaşır

14 Aprel 2015, 15:52


Roma Papası I Fransisk 2016-cı ildə Ermənistana səfər edəcək. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsi rəsmi məlumat yayıb.

“Şübhəsiz ki, Papa 2016-cı ildə Ermənistanı ziyarət edəcək. Səfər aprel ayında olmayacaq, amma səfərin rəsmi tarixi barədə onun özü şəxsən yaxın vaxtlarda açıqlama verəcək”.

Roma Papası I Fransisk aprelin 12-də Vatikanın Müqəddəs Pyotr kilsəsində “erməni soyqırımı” ilə bağlı kilsə ayini icra edib və 1915-c il hadisələrini “XX əsrin ilk soyqırımı” adlandırıb.  Onun bu hərəkəti Türk dünyasında hiddətlə qarşılanıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü