Modern.az

Nişanlı tələbə niyə intihar edib? - MÜƏMMALI OLAY

Nişanlı tələbə niyə intihar edib? - MÜƏMMALI OLAY

Hadisə

18 Oktyabr 2022, 13:42

Ötən gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Muxtar Qayıbov intihar edib. Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil. 

 

Bunu Modern.az-a açıqlamasında Universitetin İctimaiyyətlə əlaqələr və Marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov bildirib. 

 

Mətbuat katibinin sözlərinə görə, 22 yaşlı Muxtarın ailəsi də onun hansı səbəbdən intihar etdiyini bilmir:

 

“Muxtar Universitetin Geoloji kəşfiyyat fakültəsinin 3-cü kurs tələbəsi idi. Dərslərdə daim iştirak edirdi, qiymətləri də yaxşı olub. Onun yas mərasimində iştirak etdik, valideynləri ilə həmsöbhət olduq. Yaxınlarına, nişanlısına məktub yazıb qoymayıb. Ailəsi intiharın səbəbini bilmir. Allah yaxınlarına səbr versin!”.

 

Mərhumun tələbə yoldaşları da intihar səbəbindən xəbərsiz olduqlarını söyləyiblər.

 

 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov Aşağı Güzdək qəsəbəsində yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyub.

 

M.Qayıbov 3 ay əvvəl nişanlanıb. O, boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olub. 

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?