Modern.az

DTX Naxçıvanda əməliyyat keçirir - Saxlanılanlar var

DTX Naxçıvanda əməliyyat keçirir - Saxlanılanlar var

Hadisə

23 Noyabr 2022, 15:46

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirir.

 

Modern.az xəbər verir ki, əməliyyat Naxçıvandakı sərhəd gömrük keçid məntəqələrində aparılır.

 

Bildirilir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır, saxlanılanların olduğu bildirilir.

 

Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır.

 

Hələlik rəsmi məlumat açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU