Modern.az

Binədə arvadını öldürən kişi TUTULDU

Binədə arvadını öldürən kişi TUTULDU

Hadisə

11 Fevral 2023, 10:36

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.



Bu barədə Modern.az-a Xəzər rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub.



Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama