Modern.az

Zərdabda ağır qəza - Ölən və yaralananlar var

Zərdabda ağır qəza - Ölən və yaralananlar var

Hadisə

20 Mart 2023, 14:16

Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır