Modern.az

Dilarə Əliyeva və Mehriban Zəki özəl klinikaya köçürüldü - YENİLƏNİB

Dilarə Əliyeva və Mehriban Zəki özəl klinikaya köçürüldü - YENİLƏNİB

22 Mart 2023, 22:40

Xalq artisti Mehriban Zəki və aktrisa Dilarə Əliyeva Bakıda özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

 

Bu barədə Modern.az-a TƏBİB-dən verilib.

 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyevaya müvafiq müayinələr təyin olunub, zəruri tibbi xidmətlər göstərilib. 

 

Onların vəziyyətləri qiymətləndirildikdən sonra özlərinin və ailələrinin yazılı iltizamnaməsi əsasında reanimobil təcili və təxirəsalınmaz tibbi yardım avtomobilinin müşayiəti ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar.

 

***

19:40

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

 

Qeyd edək ki, bu gün Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə nəticəsində O.Əliyev dünyasını dəyişib.

 

Bu xəbər ilə bağlı
Dəhşətli yol qəzası - Oqtay Əliyev dünyasını dəyişdi (VİDEO)
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır