Modern.az

Oqtay Əliyevin öldüyü qəzanın səbəbi MƏLUM OLDU

Oqtay Əliyevin öldüyü qəzanın səbəbi MƏLUM OLDU

Hadisə

22 Mart 2023, 20:31

Bu gün saat 18:15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı, 10-LK-909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Sürücü O.Əliyev hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

 

Hadisə nəticəsində xəsarət alan digər sərnişin Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilib.

 

İlkin məlumata görə, hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olub.

Bu xəbər ilə bağlı
Dəhşətli yol qəzası - Oqtay Əliyev dünyasını dəyişdi (VİDEO)
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir