Modern.az

Bakıda insanlar nədən ÖLÜRLƏR...- SƏBƏBLƏR

Bakıda insanlar nədən ÖLÜRLƏR...- SƏBƏBLƏR

Hadisə

8 Aprel 2024, 17:49

Bakı şəhərində il ərzində təxminən 15 min nəfər dünyasını dəyişir.

Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Paytaxt sakinləri arasında ölümün əsas səbəbləri bir sıra xəstəliklərdir.  

Səbəblər sırasında ilk yerdə qan dövranı sisteminin xəstəlikləri (ürək-damar) gəlir. Belə ki, ildə 8 minə yaxın paytaxt sakini bu xəstəliklərdən dünyasını dəyişir.

Sonrakı yerdə yenitörəmələrdən (şiş xəstəlikləri) vəfat edənlər gəlir: ildə təxminən 2000 nəfər.

Paytaxtda bəzi infeksion və parazitar xəstəliklər səbəbindən ölənlər ildə 750-800 nəfər arasında dəyişir.
 

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən ölənlər ildə təxminən 600 nəfər təşkil edir.

Sinir sistemi xəstəliklərindən ildə 850 nəfər, həzm sisteminin xəstəliklərindən ildə 450 nəfər vəfat edir.

Tənəffüs sistemi xəstəliklərindən hər il ölənlərin sayı 400 nəfərə çatır.

Sidik-cinsiyyət sisteminin xəstəliklərindən ölənlər də az olmur: ildə 180 nəfər.

Paytaxt sakinləri arasında ölümün bəzi digər səbəbləri də var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?