Modern.az

Novxanıdakı qəzada yaralanan şəxs ÖLDÜ

Novxanıdakı qəzada yaralanan şəxs ÖLDÜ

Hadisə

9 Aprel 2024, 23:50

Abşeron rayonu, Novxanı kəndi ərazisində baş verən qəzada xəsarət alan şəxs ölüb.

 

Modern.az xəbər verir ki, qəza zamanı xəsarət alan Mübariz Nizami oğlu Allahverdiyev Sumqayıt şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

****

20:27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

 

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!