Modern.az

Yük maşını 29 uşağı vurdu

Yük maşını 29 uşağı vurdu

Hadisə

2 May 2024, 16:46

Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.

 

18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi