Modern.az

"Qalatasaray" "Qarabağ"ı məğlub etdi - VİDEO (YENİLƏNİB)

İdman

26 Mart 2023, 21:55

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib. 

 

Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qolları 4-cü dəqiqədə Bafetimbi Qomis, 18-ci dəqiqədə Redon Cica, 87-ci dəqiqədə Mauro İkardi vurub.

 

Qeyd edək ki, xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Buna görə “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb.

***

 

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda Türkiyə komandası önə keçib.

 

Modern.az xəbər verir ki, "Qalatasaray"ın oyunçusu Mauro İkardi 87-ci dəqiqədə penaltini dəqiqliklə yerinə yetirib.

 

***

21:00

 

Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyununun ikinci hissəsi başlayıb.

 

Qeyd edək ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib.

 

Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

***

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu Redon Cica 18-ci dəqiqədə fərqlənib.

 

 

***

20:06

 

 

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

 

Modern.az xəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

 

***

20:00

Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.

 

“Qalatasaray”ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxıblar.

 

Oyunu FIFA referisi Əliyar Ağayev idarə edir. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir. VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyevdir.

 

Qeyd edək ki, görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi