Modern.az

Millimiz Avropa oyunlarını 3 medalla başa vurdu 

Millimiz Avropa oyunlarını 3 medalla başa vurdu 

İdman

26 İyun 2023, 21:24

Azərbaycanın muaytay millisi Polşada keçirilən III Avropa Oyunlarını üç medalla başa vurub.

 

Modern.az xəbər verir ki, muaytay millimizə üçüncü medalı Emiliya Rzayeva (63,5 kq) qazandırıb. Həlledici döyüşə vəsiqə uğrunda görüşdə Tereza Steçova (Çexiya) ilə qarşılaşan təmsilçimiz məğlub olaraq bürünc medalla kifayətlənib.

 

Muaytay yığmamızın digər üzvləri Xəyal Əliyev (67 kq) və Aysu Devrişova (57 kq) da yarışı üçüncü pillədə başa vurublar.

 

Qeyd edək ki, muaytay millimiz III Avropa Oyunlarında dörd idmançı ilə təmsil olunub. Onlardan üçü mükafatçılar sırasında yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə