Modern.az

Millimiz İsveçrəyə məğlub oldu

Millimiz İsveçrəyə məğlub oldu

İdman

9 Aprel 2024, 17:50

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Bakıda İsveçrəni qəbul edib.

 

B Liqasının I qrupunun matçında komandamız rəqibinə 0:4 hesabı ilə uduzub.

 

Qeyd edək ki, millimiz yer aldığı B Liqasının I qrupunun ilk matçında səfərdə Macarıstanla heç-heçə edib - 1:1. İsveçrə isə Türkiyəni 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi mayın 31-də səfərdə “ay-ulduzlular”ın qonağı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü